Tarix : 2016 Jun 24
Kod 49411

Səudiyyədən gələn Ali Xəlifə krallarının vətəndaşlığı alınmalıdır

İslam dünyasının böyük alimlərindən və mərcəi təqlid müctehidi olan Ayətullah Məkarim Şirazi də, Bəhreyn rejiminə etirazını bildirib.
AranNews-un verdiyi xəbərə görə, Ayətullah Məkarim Şirazi deyib: “Bəhreyn kralları Suriya, İraq və Yəməndə gəmisi batmaqda olan Səud rejiminin dəstəyi ilə, qorxulu addımlar atır. Onlarla məscidi sökür, şiələrin həbs edir, camaat namazlarını qadağan edir."
"Digər tərəfdən də ölkənin nüfuzlu ruhanisi Şeyx İsa Qasimin vətəndaşlığını əlindən alır. Bu işlər Bəhreyn krallarının hakimiyyətinin sonuna səbəb ola bilər. Vətəndaşlığın ləğv olunması qeyri insani və şeytani bir əməldir. Vətəndaşlıq alınması məsələsinə gəlincə Səudiyyə Ərəbistanı və Nəcddən gələn Ali-Xəlifənin vətəndaşlığı alınmalıdır. Şiələr daima öz sivil aksiyalarında, sünnü qardaşları ilə birlikdə yaşamağa razı olduqlarını bəyan ediblər. Lakin Ali-Xəlifə kralları ağıl və dərrakədən uzaq olduqlarına görə, özlərini təhlükəli burulğana atırlar. Onlar anlamalıdırlar ki, şiə təqlid mərcələri bu addımlara heç vaxt dözməyəcəkdir.”, - deyə İslam dünyasının böyük alimlərindən və mərcəi təqlid müctehidi olan Ayətullah Məkarim Şirazi bildirib. 
  • Yazılıb
  • da (də) 2016 Jun 24
  • Göndərən مدير سايت Aran News