Tarix : 2016 Jun 24
Kod 49412

Ayətullah Sistani və Şeyx Qasim arasinda telefon danışığı olub

Mərcəi təqlid Ayətullah Seyyid Əli Sistani Bəhreyn şiələrinin lideri Ayətullah Şeyx İsa Qasimlə telefon danışığı aparıb.
AranNews, Livanın Əl-Mənar kanalına istinadən xəbər verir ki, telefon danışığında Ayətullah Sistani Şeyx Qasimin sağlamlıq durumu və ölkədəki proseslərin son vəziyyəti haqqında məlumat alıb. “Sizin yeriniz könüllərdədir və baş verənlər sizə heç bir ziyan gətirməyəcək”. 
Telefon danışığında Ayətullah Sistani Şeyx İsa Qasimin Bəhreyn xalqının hüquqlarını dinc yollarla müdafiəsini təqdirə layiq addım kimi dəyərləndirib və Ayətullah Qasim və Bəhreyn möminləri haqqında dualar edib.
  • Yazılıb
  • da (də) 2016 Jun 24
  • Göndərən مدير سايت Aran News