Tarix : 2016 Jun 25
Kod 49414

Ermənilər Kəlbəcərdə Njdenin heykəlini qoyublar

Ermənilər Azərbaycanın işğal altında saxladıqları Kəlbəcər rayonunda Njdenin heykəlini qoyublar.
Arannews- Ermənilər İrəvandan sonra indi də Azərbaycanın işğal altında saxladıqları Kəlbəcər rayonunda Njdenin heykəlini qoyublar.
bu barədə məlumatı Regional və Sabitlik Mərkəzi əldə edib. 
Mərasimdə iştirak edən və Ermənistandan gələn qonaqlar üzərində faşistin şəkli həkk olunmuş köynəklər geyiniblər.
Məlumata əsasən, faşizmi təbliğ edən köynəklərin Ermənistanda istehsal səviyyəsində buraxılması göstərir ki, prosesə ölkə rəhbərliyi tərəfindən icazə verilib.
Bildirilir ki, Rusiyanın etirazına baxmayaraq, Ermənistan rəhbərliyi yuxarıda sadalanan faktlara qarşı nəinki heç bir tədbir görmür, əksinə, bu yöndə edilən təşəbbüsləri daim dəstəkləyir.
Qeyd edək ki, bu ilin mayın 28-də, Ermənistanın Respublika Günündə, İrəvanda Qaregin Njdenin abidəsinin açılışı olub. Açılış mərasimində Ermənistan prezidenti və yüksək səviyyəli şəxslər iştirak edib.
Ermənistanın bu addımı Rusiyadə etirazlarla qarşılanıb.  


  • Yazılıb
  • da (də) 2016 Jun 25
  • Göndərən مدير سايت Aran News