AİP sədr müavini deyib: Minsk qrupunun neçə illik fəaliyyəti də göstərir ki, onlar bu münaqişəni həll etmək niyyətində deyillər.
Arannews- Azərbaycan Respublikası İslam Partiyasının sədr müavini Akif Heydərli deyib: Azərbaycan və Ermənistan prezidentlərinin nəticəsiz görüşləri sadəcə Azərbaycan ərazilərinin işğalının davamına gətirib çıxarır.Akif Heydərli prezidentlərin son Sankt-Peterburq şəhərində Putinin vasitəçiliyi ilə görüşünə toxunaraq deyib: Görünən odur ki, bu görüşün heç bir nəticəsi olmayıb və sırf işğal olunmuş ərazilərdə atəşkəs rejiminin gücləndirilməsinə xidmət edən cəhd olub.
AİP sədr müavini deyib: Minsk qrupunun neçə illik fəaliyyəti də göstərir ki, onlar bu münaqişəni həll etmək niyyətində deyillər və sadəcə atəşkəsə nəzarəti gücləndirməyi düşünürlər, bu isə Qarabağ torpaqlarının işğalının davam etməsindən başqa heç bir nəticə qazandırmayacaq.
Akif Heydərli işğal olunmuş Qarabağın azad edilməsinin yeganə həlli yolunun müharibə və xalqın potensiallarına söykənmək olduğunu bildirərək deyib:
Aprelın ilk günlərindəki toqquşmalar da göstərdi ki, Azərbaycan ordusu öz ərazilərini azad etməyə qadirdir və qarabağı azad etmək üçün bu yoldan istifadə etməlidir.