Tarix : 2016 Jun 25
Kod 49419

Tatarıstanda azan müsabiqəsi keçirilib

Rusiyanın tərkibində olan Tatarstan Respublikasında azan müsabiqəsi keçirilib.
AranNews, "Tatarinform"-a istinadən xəbər verir ki, müsabiqə Buqulmada təşkil olunub. 
Buqulmanın bir çox məscidlərdən müəzzinlər "Azan 2016" yarışmasına qatılıblar.
Müsabiqə 3 yaş kateqoriyası arasında keçirilib.
Münsiflər heyətinə bir neçə alim daxil olub və sonda qaliblər mükafatlandırılıb. Bütün iştirakçılara həmçinin sertifikatlar paylanıb.
Eyni zamanda müsabiqədən sonra iftar süfrəsi də təşkil edilib.
  • Yazılıb
  • da (də) 2016 Jun 25
  • Göndərən مدير سايت Aran News