Tarix : 2016 Jun 25
Kod 49420

Rusiya XİN, "Regnum" agentliyinin sualını təxribat adlandırıb

Rusiya Xarici İşlər Nazirliyi ermənipərəst "Regnum" agentliyinin Azərbaycanda Məhəmməd Əmin Rəsulzadənin abidəsinin qoyulması ilə bağlı sualını təxribat adlandırıb.
AranNews, rusiya mediyasina istinadən bildirir ki, bu barədə "Regnum" agentliyində dərc olunan "Rusiya XİN "Mannerheym işi"ni rəsmi şərh edə bilmir" adlı yazıda qeyd olunub.
Rusiya XİN-nin İrəvanda ermənilərin faşist və kollaborsionist Qaregin Njdeyə abidə qoyulması ilə bağlı bəyanatından narazı qalan agentlik Rusiya XİN-dən Azərbaycanda Məhəmməd Əmin Rəsulzadəyə abidə qoyulması ilə bağlı məsələyə də münasibət bildirməsini istəyib.
Agentliyin XİN-ə göndərdiyi sorğuda ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin “faşist-kollaborsionist” adlandırıb və Rusiya XİN-dən Rəsulzadəyə Azərbaycanda abidə qoyulması faktının rəsmi Moskvanın təəccüb ifadə edib-etməməyini soruşub.
Rusiya XİN "Regnum" agentliyinin sorğusuna yazılı cavab verib. Cavab məktubunda bildirilib: "Sizin Rusiya XİN-ə M.Ə. Rəsulzadənin abidəsinin qoyulması ilə bağlı göndərdiyini müraciətlə əlaqədar sizə əks sual vermək istəyirik: Regnum agentliyi son 15 ildə Rusiyanın bu abidələrə yanaşmasına maraq göstəribmi və nəyə görə İkinci Dünya Müharibəsinin tarixi ilə bağlı abidələrə maraq agentlikdə Azərbaycana və Ermənistana münasibət kontekstində yaranıb?
Hesab edirik ki, əslində sizin tərəfinizdən qoyulan sual təxribatçı kimi qiymətləndirilməyə bilinməz.
Rusiya Federasiyasının hitlerçi kollaborsionistlərə münasibəti yaxşı məlumdur və dəfələrlə həm ölkə daxilində, həm də ki, xaricdə, beynəlxalq forumlarda Rusiya XİN nümayəndələri tərəfindən səsləndirilib".
Qeyd edək ki, bu gün Rusiya XİN-də keçirilən ənənəvi brifinqdə ermənipərəst agentliyin nümayəndəsi eyni sualla XİN sözçüsü Mariya Zaxarovaya müraciət etmək istəyib. M. Zaxarova agentlik nümayəndəsinə sualını axıra qədər səsləndirməyə icazə verməyib və ona ünvanlanacaq sualın cavabının yazılı şəkildə XİN tərəfindən agentliyin redaksiyasına göndərildiyini söyləyib.
  • Yazılıb
  • da (də) 2016 Jun 25
  • Göndərən مدير سايت Aran News