Bəhreyn rejiminin ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasımı vətəndaşlıqdan məhrum etməsi Londonda etiraz olundu.
Onlara siyasi və insan haqları fəalı Bəhreyndə rejimin ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasımın vətəndaşlıq hüququnun əlindən alınmasına etiraz etmək məqsədilə Londonda Səudiyyə rejimi səfirliyi qarşısında aksiya keçirib.
AranNews, PressTV-yə istinadən xəbər verir ki, dünən keçirilən mitinqdə nümayişçilər əllərində Ayətullah İsa Qasımın şəkillərini qaldıraraq, Səudiyyə rejimi və Bəhreyn rejimi əleyhinə şüarlar səsləndiriblər.
Etirazçılar əllərində Səudiyyə rejiminin cinayətlərinə qarşı nifrət və qəzəblərini bildirən plakatlar da qaldıraraq, Bəhreynin azadlığına qovuşması və Səudiyyə rejiminin bu ölkəyə qarşı zorakılıqlarına son qoymasını tələb ediblər.
Etirazçılar həmçinin, səsləndirdikləri şüarlarla Bəhreyn müsəlmanları ilə həmrəy olduqlarını bildiriblər.