Səudiyyə rejimi qüvvələri Əhli-Beyt (ə) ardıcıllarının sıx yaşadığı Avamiyyə bölgəsinə hücum edib.
Səudiyyə rejimi təhlükəsizlik qüvvələri Qətifin şimalında yerləşən Avamiyyə bölgəsinə hücum təşkil edərək, bir Əhli-Beyt (ə) ardıcılını qətlə yetiriblər.
AranNews, “Deyerler.Org”-a istiadən xəbər verir ki, Səudiyyə rejimi təhlükəsizlik qüvvələri dünən gecə Avamiyyədəki İmam Zaman (ə.f) məscidini mühasirəyə alaraq, müsəlmanların məscidə girmələrinə icazə verməyiblər.
Səudiyyə rejimi təhlükəsizlik qüvvələri bundan başqa, bölgədəki nüfuzlu şəxslərin birinin evini mühasirəyə alaraq, mərhum Əli Əbdur-Rahim Fərəcin iki oğlunu həbs ediblər.
Xəbər mənbələri, Ali Səud rejiminin hücumu nəticəsində, mərhum Fərəcin oğullarından Əbdur-Rahimin həlak olduğunu bildirirlər.
Al-Arabiya saytı həmin vətəndaşın polisdə axtarışda olan şəxslərin siyahısında olduğunu bildirib.