Türkiyə Xarici İşlər naziri bildirib ki, Fələstin islami hərəkatı olan HƏMAS nümayəndələri ilə regionda uzun müddətli sülhün əldə olunmasın üçün görüşlərini davam etdirəcək.
AranNews-un “Reuters” agentliyinə istinadən verdiyi xəbərə əsasən, bu görüşdən İsrail agahdır. Bildirilir ki, Çavuşoğlu bu görüşləri sionist rejim ilə münasibətlərin yaxşılaşdırılması üçün maneə hesab etmir.
Bundan əlavə, Türkiyə XİN başçısı bildirib ki, növbəti görüşdə tərəflərin normallaşdırmaya dair razılığın başa çatması İsrailin atacağı addımlardan asılıdır.
KİV-lərin məlumatına əsasən, ötən ilin sonundan hazırlanan normallaşdırmaya dair razılıq, səfirlərin qaytarılması ilə yanaşı, sionistlər təbii qazının Türkiyəyə çatdırılmasını nəzərdə tutur.