Bəhreyn rejiminin ölkənin dini lideri Ayətullah İsa Qasimin vətəndaşlıqdan çıxarılmasına Ayətullah Safi Gülpayqani və Ayətullah Cəfər Sübhani reaksiya bildiriblər.
AranNews, xəbər verir ki, təqlid mərcəsi olan Ayətullah Safi Gülpayqani deyib “Mücahid rəhbərlərdən birinin Bəhreyn rejimi tərəfindən vətəndaşlığının ləğv olunması, mədəni, insani və şəri qanunlara ziddir. Bu xəbər təəccüb və təəssüfümüzə səbəb oldu.
Müsəlmanların düşmən müqabilində vəhdətə ehtiyaclı olduğu bir zəmanədə, bir sıra ölkə başçıları, məzlum xalqlarının səsinə müsbət cavab vermək əvəzinə, onların önündə durur və başçılarını razı salmaq üçün qanuna zidd addımlar ataraq, müxtəlif zülmlərə imza atırlar."
"Mən Şeyx İsa Qasimə qarşı atılan bu addımı məhkum edir və bütün beynəlxalq təşkilatlardan və islam alimlərindən, bu məsələyə sakit qalmamalarını istəyirəm.”, - böyük islam alimi əlavə edib.
Digər təqlid mərcəsi və böyük alim Ayətullah Cəfər Sübhani də məsələ münasibət bildirib.
O “Məzlum Bəhreyn xalqı uzun illərdir ki, Ali-Xəlifə rejiminin zorakı addımları ilə üzləşirlər və Ali-Səudun dəstəyi ilə onların azadlığı əllərindən alınır. Elə bir vəziyyətə gəlib çatıb ki, onlar, ölkənin sahibi olduqlarını zənn edirlər və xalqın vətəndaşlığının ləğv olunması hallarına əl atırlar. Ayətullah İsa Qasimə qarşı atılan bu addım nə beynəlxalq qanunlara, nə də şəri qanunlara uyğundur.
Yüz illər boyu bu torpaqlarda yaşayanlar elə o torpağa mənsubdurlar və heç kim, onların bu təbii haqqını əlindən ala bilməz.
Ali-Xəlifə rejimi qanunlara əməl edib, xalqının hüququnu təmin etmək əvəzinə, onları həbs edərək və vətəndaşlıqlarını əllərindən alaraq haqq sədalarını susdurmaq niyyətindədirlər. Heyhat! Ümüd edirik ki, uca xalqın zalımlardan haqqlarını geri alacaqları gün tez bir zamanda çatacaqdır.”, -deyə bildirib.