Bəhreynin Əl-Əvsət qəzeti bu ölkənin şiələrinin lideri Ayətullah Şeyx İsa Qasimin yaşadığı Deraz bölgəsində internetin ötən gündən tamamilə kəsildiyini bildirir.
AranNews, xəbər verir ki, bu bölgədə internet xidmətləri göstərən şirkət internetin kəsilməsinin texniki nasazlığa görə baş verdiyini bildirib.
Qeyd edək ki, Diktatur Bəhreyn rejimi ölkənin ən böyük siyasi cəmiyyəti və müxalifətin aparıcı qurumu əl-Vefaqın fəaliyyətini qadağan etdikdən sonra aksiyaların lideri Ayətullah Şeyx İsa Qasimi də ölkə vətəndaşlığından məhrum edib.Artıq bir neçə gündür ki, Bəhreyn xalqı Şeyx İsa Qasimi dəstəkləmək məqədi ilə kütləvi etiraz aksiyaları keçirir və Şeyx Qasimin evinin önündə oturaq aksiyalar keçirirlər.
Etirazçılar Bəhreyn rejiminin Şeyx Qasimlə bağlı çıxardığı qərarın ləğvini tələb edirlər.