Tarix : 2016 Jun 26
Kod 49431

Bəhreyndə baş verən hadisələrlə bağlı Moskva ruhaniləri bəyanat yayıb

Bəyanatda deyilir: "Biz Moskva ruhaniləri Ali Xəlifə rejiminə tarixdən dərs almağı tövsiyə edirik"
Arannews- Axır zamanlarda Bəhreyndə müsəlmanlara qarşı olan təzyiqlər hər bir azadlıqsevər insanı narahat etməkdədir. 
Bəhreyndə baş verən hadisələrlə bağlı Moskva ruhaniləri bəyanat yayıb. 
 
Bəyanatda deyilir:
“Bəhreynin diktator rejiminin dünyanın heç bir qanunlarına uyğun gəlməyən hərəkətləri Rusiyanın Moskva şəhərində yaşayan müsəlmanları, xüsusən ruhaniləri çox narahat edir. Bu rejimin son rəzaləti dünya şöhrətli və əsl-nəcabətli bəhreynli Ayətullah Şeyx İsa Qasiminin vətəndaşlıqdan məhrum edilməsi olmuşdur. Diktator rejimin bu hərəkəti onun son nəfəsinin göstəricisidir. Biz Moskva ruhaniləri bu hərəkəti pisləyir və bütün aidiyyatı qurumlardan, xüsusən BMT-dən Bəhreyn rejiminin bu özbaşınalığının qarşısını almağı tələb edirik. Ali Xəlifə rejiminə tarixdən dərs almağı tövsiyə edirik”.


  • Yazılıb
  • da (də) 2016 Jun 26
  • Göndərən مدير سايت Aran News