Səudiyyəli qırıcıların Yəməndə öz müttəfiqlərinin mövqelərinə səhvən endirdikləri zərbə nəticəsində onlarla muzdlu məhv edilib.
AranNews, rus mediasına istinadən verdiyi xəbərə görə, bu gün – cümə günü səhər saatlarında Səudiyyə Ərəbistanının hücum təyyarələri səhvliklə Yəmənin şimalında əl-Couf şəhərindəki səudiyyəli muzdluları bombalayıblar. Bombardman nəticəsində onlarla muzdlu ölüb və yaralanıb.
Səudiyyəli muzdurlar bu rayonda Yəmən ordusu və xalq könüllülərinə qarşı xüsusi əməliyyat keçirmək niyyətində idilər. Məlum hadisə ilə bağlı adı çəkilən əməliyyat elə əvvəlindən uğursuzluğa məhkum olub.
Yəməndən olan məlumata əsasən, Yəmən ordusu və xalq könüllüləri Ənsarullah lideri Əbdul Malik Bədrəddin əl-Husinin əmrinə əsasən ölkənin cənubunda yerləşən Taiz əyalətində tutulmuş 60 səudiyyəli muzdlunu azad ediblər.
Daha əvvəl də 30 səudiyyəli muzdlu azad edilmişdi. Bu xeyriyyə və humanist addım müqəddəs Ramazan ayı münasibəti ilə atılıb.
Yəmənin Ənsarullah hərəkatı Ramazan ayı münasibəti ilə atdığı xeyriyyə addımları zamanı ötən bazar günü birtərəfli şəkildə ölkənin əl-Beyda əyalətində təxminən 200 və Demar əyalətində isə 76 nəfəri məhbusu azad edib.