Qəzzada 2014-ci ildə vəhşi sionist rejim ordusu tərəfindən dağıdılan məscid öz fəaliyyətini davam etdirir.
AranNews, xəbər verir ki, fələstinlilər 2 il bundan öncə sionist rejimi tərəfindən dağıdılan məscidin salamat qalan hissəsində ibadət ilə məşğuldular. Fələstinin dini mülkiyyəti olan məscid sionistlərin Fələstinə 2014-cü ildə etdiyi hücum zamanı 50 milyon dollar civarında zərər çəkib,-deyə Fələstinin Vəqf nazirliyi bildirir.
Nazirliyin statistikasına qeyd edilir ki, sionist rejimi tərəfindən Fələstinin işğal olunmuş ərazilərində 73 məscidi tamamilə dağıdılıb, 197-i müxtəlif vaxtlarla zədələnib, həmçinin 10 nəfər məscid əməkdaşı öldürülüb.
Qəzza sakinləri müqəddəs Ramazan ayı boyunca öz ibadətlərini dağıdılmış məscidlərdə davam etdirirlər. Onlar bunu özlərinin milli borcu və mənəvi hüququ kimi görürlər.
Fələstinin Din işləri və Vəqf naziriyi bildirir ki, dağıdılmış məscidlərin doqquzunun yenidən qurma işləri yekunlaşıb.