Tarix : 2016 Jun 26
Kod 49435

İlham Əliyev: "Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir"

prezident: "Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək"
Arannews- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq işləmir. Bununla belə, ölkəmiz diplomatik və siyasi səylərini davam etdirəcək”.
bunu Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binanın açılışında hərbçilərlə görüşdə deyib. 
prezident bildirib ki, işğalçı Ermənistana beynəlxalq təzyiq artanda daim təxribata əl atır: “Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Münaqişə mərhələli şəkildə həll olunmalıdır. Vyana görüşündə Ermənistanın şərtləri qəbul edilmədi. Sankt-Peterburq görüşünün müsbət nəticələri var”.



  • Yazılıb
  • da (də) 2016 Jun 26
  • Göndərən مدير سايت Aran News