Yəmənin “Ənsarullah” hərəkatının lideri ölkədə baş verən son hadisələrlə bağlı çıxış edib.
AranNews, xəbər verir ki, təcavüzkar Səud rejiminə səslənən Yəmənin “Ənsarullah” hərəkatının lideri Seyid Əbdulməlik Husi bildirib: “Sizin, Yəmən xalqına qarşı olan zülmləriniz artsa da biz, sizin qarşınızda dayanacaq və təslim olmayacağıq. Ey Səud, biz, sizin koalisiyanıza müqavimət göstərməyə qadirik. Xalqı, düşmənnin hiylələri müqabilində ayıq olmağa dəvət edirəm.”
Küveytdə keçirilən Yəmənin sülh müzakirələrinə də toxunan Husi “Biz, böhranın həlli üçün bütün variantları təqdim etmişik. Tərəf müqabilimiz isəbunları qəbul etmədi.
Səud rejimi bilməlidir ki, törətdikləri cinayətlər, öz yaxalarına bulaşacaqdır. Biz, sülhə hazır olduğumuz kimi, təcavüzkarlarla savaşmağa da hazırıq.”, -deyə qeyd edib.
Qeyd edək ki, Yəmənə hücumundan bu günə kimi Səudiyyə və koalisiyası mülkü vətəndaşları qətlə yetirməkdən başqa heç bir hədəfinə çatmayıb.
Səudiyyənin hədəfi ölkədə xalqın ən çox dəstəklədiyi "Ənsarullah" hərəkatını tamamilə məhv etmək, mərkəzi şəhərlərə öz ordusunu yüritmək və Hadi rejiminin öz əlaltısı kimi Yəmənə hakim etmək idi.