“Dağlıq Qarabağ əhalisinin mövqeyinin çatdırılması çox vacibdir. Bu səbəbdən də həmsədrlər Dağlıq Qarabağın de-fakto hakimiyyət nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçirir”, - deyə Uorlik qeyd edib.
Arannews- Minsk qrupunun amerikalı həmsədri: "Dağlıq Qarabağ əhalisinin mövqeyi münaqişənin nizamlanmasında ifadə olunmalıdır"ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ əhalisinin mövqeyinin münaqişənin nizamlanmasında ifadə olunmasını vacib hesab edir.
bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik erməni mətbuatına açıqlamasında bildirib.
“Dağlıq Qarabağ əhalisinin mövqeyinin çatdırılması çox vacibdir. Bu səbəbdən də həmsədrlər Dağlıq Qarabağın de-fakto hakimiyyət nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçirir”, - deyə Uorlik qeyd edib.
“Biz, Dağlıq Qarabağ əhalisinin səsini hərtərəfli qərar çərçivəsində ən yaxşı hansı şəkildə təmin edilməsinə dair qərar verməliyik”, - diplomat əlavə edib.
Qeyd edək ki, indiyə qədər Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk qrupu heç nə ilə yadda qalmamışdır. İndi isə bu qrupun amerikalı həmsədrinin əhali tərkibinin azərbaycanlı hissəsinin Qarabağda olmadığı və qaçqın düşdüyü halda, Qarabağ əhalisinin mövqeyindən danışması təəccüb doğuran faktordur.