Tarix : 2016 Jun 26
Kod 49439

Ukrayna prezidenti hərbçilərə Rusiyaya qarşı hazır olmağı tapşırıb

Poroşenko: ""Bizim aviasiya Rusiyanın ambisiyalarına qarşı hazır olmalıdır. Aviasiyamız istənilən təcavüzkara aviazərbələr endirmək üçün hazırlığa malik olmalıdır".
Arannews- Ukrayna prezidenti Pyotr Poroşenko hərbi hava qüvvələrinin Xarkovda yerləşən ali məktəbində çıxış edib.
Poroşenko hərbçilərə Rusiyaya qarşı hazır olmağı tapşırıb. Bu barədə məlumatı Ukrayna prezidentinin rəsmi internet səhifəsi yayıb.
 "Bizim aviasiya Rusiyanın ambisiyalarına qarşı hazır olmalıdır. Aviasiyamız istənilən təcavüzkara aviazərbələr endirmək üçün hazırlığa malik olmalıdır. Hərbi aviasiyamızın modernizə edilməsi üçün 2,5 milyard qrivna ayırılıb", - deyə o bildirib.


  • Yazılıb
  • da (də) 2016 Jun 26
  • Göndərən مدير سايت Aran News