Tarix : 2016 Jun 26
Kod 49440

Gürcüstanda İslam təhqir olunur, məscid tikintisinə maneələr var

Əhli-Beyt(ə) cəmiyyətinin rəhbəri Hacı Rasim Məmmədov Bu və bu kimi digər problemləri Avropa şurasının nümayəndə heyətilə görüş zamanı səsləndirib.
AranNews-un verdiyi məlumata görə, Avropa şurasının nümayəndə heyəti Gürcüstan Əhli-Beyt (ə) cəmiyyətində olub. 
Görüş zamanı Əhli-Beyt (ə) cəmiyyətinin rəhbəri Hacı Rasim Məmmədov ümumi vəziyyətin normal olduğunu və xalq dini zəmində öz üzərində heç bir təzyiqin hiss etmədiyini bildirib. Lakin müəyyən problemlərin hələdə mövcud olduğunu vurğulayaraq deyib:  "Qədim tikilmiş məscidlərin dövlət tərəfindən mənimsənilib. Belə ki, tarix sübut edir ki, 640-cı ildən bu torpaqlarda müsəlmanlar yaşayır və İslami abidələr onlara məxsusdur. Təəssüflər olsun ki, hal hazırda o İslami abidələri dövlət öz balansına götürüb. İstərdik ki, həmin abidələr xalqın mənəvi varisləri olan ruhanilər və inanclı insanlara qaytarılsın."
Bu haqda cəmiyyətdən bildiriblər. 
Əhli-Beyt (ə) cəmiyyətinin sədri daha sonra yeni məscidlərin tikintisində olan problemlərdən söz açıb və deyibki, Gürcüstanda məscid adı ilə tikinti etmək izni yoxdur.
Hacı Rasim Məmmədov təhsil sahəsində yaranmış islamofobik problemlərə işarə edərək "Məktəblərdə tədris olunan tarix kitablarında islam və onun peyğəmbərinə qarşı təhqirlərin yazılması bizi narahat edir. Bu da müsəlmanlar arasında bir mənalı qarşılanmır, biz müsəlmanlar bu məsələnin həlli üçün addımlar atılmasını istərdik.", -deyə əlavə edib.
Təhsil mərkəzlərində ənənəvi İslam dininin tədris olunmasını zəruri bildiklərini önə çəkən cəmiyyətin sədri deyib ki, xalqımız xüsusəndə gənclərimiz islamın fonunda görünən radikal cərəyanları həqiqi islamla seçə bilməsi üçün bu reallaşmalıdır.
ATƏT-in nümayəndə heyyəti aprel ayında baş verən Qarabağ münaqişələrinə toxunaraqə həmin müharibənin Gürcüstanda yaşayan erməni və ezərbaycanlıların münasibətinə necə təsir etdiyini soruşub. 
Hacı Rasim Məmmədov Gürcüstan Azərbaycanlıları arasında heç bir millət və dini nümayəndələrə aqresiya olmadığını, lakin Azərbaycanın haqlı olan mövqeyini və ərazi bütövlüyünü dəstəklədiklərini və Qarabağın Azərbaycan torpağı olduğunu bildirib. 
"Buna görə də, bizim xalqımız Qarabağda şəhid olan döyüşcülərə məscid və mədəniyyət mərkəzlərində ehsanlar verib ruhlarını yad etdilər", -deyə Əhli-Beyt (ə) cəmiyyətinin sədri əlavə edib.
ATƏT nümayəndələri Hacı Rasim Məmmədovdan Gürcüstanda yaranan Dini Agentliyə olan münasibətini soruşduqda o, bu agentliyin yaranmasını alqışlayaraq qurumun dini problemlərin həllində daha da aktiv olacağını ümid etdiyini önə çəkib. 

  • Yazılıb
  • da (də) 2016 Jun 26
  • Göndərən مدير سايت Aran News