Nigeriya Müsəlmanları İnsan haqları Fondu bəyanat yayaraq ölkənin prezidentini gülünc bəhanə ilə hicabı qadağan etdiyini bildirib və bu qadğanı sərt şəkildə pisləyib.
AranNews, “kayhanlondon.biz”-a istinadən xəbər verir ki, Nigeriya prezidenti, Muhəmməd Buhari ölkədə müsəlman qadınlara hicabı qadağan edib. Prezident çox qəribə və gülünc çıxış edib. “Hökumət sabitlik və hicab arasında birini seçməlidir. Mən Hicabı qadağan edirəm. Qadınların hicabı olmamalıdır, ona görə ki,onlar hicablarının altında bomba partladır. Onlar terroristdir”.
Nigeriya Müsəlmanları İnsan haqları Fondu prezident M.Buharinin bu çıxışını və hicabı qadağan etməsini problemlərdən qaçmaq üçün bəhanə adlandırıb.
Qeyd edək ki, Nigeriyada baş verən son hadisələr zamanı xüsusi ilə şiələrin ordu tərəfindən amansızcasına qətliamından sonra, saxlanılan müsəlman qadınları həbsxanada hicablarını açmağa məcbur ediblər.