Tarix : 2016 Jun 27
Kod 49453

Bu gun Həzrəti Əli (ə)-ın şəhadət günüdür + ŞEİR

Ramazanın 21-i, Həzrəti Əlinin (ə) şəhid olan günüdür. İmam Əli (ə) 63 yaşında namaz üstündə olarkən arxadan qılınc zərbəsinə məruz qalıb.
AranNews- Hicrətin 40-ci ilində (miladi 661-ci il) Ramazan ayının 19-da dövrünün xəlifəsi və imamı Həzrət Əli(ə) xəvaric firqəsinin üzvlərindən olan Əbdürrəhman ibn Mülcəm tərəfindən Kufə məscidində sübh namazı vaxtı zəhərli qılınc zərbəsiylə başından yaralanıb.
Bu gün Qədr gecəsi ehtimal olunan üç gecədən ikincisi olmaqla bərabər, eyni zamanda məsum İmamın şəhid olan günü kimi də tarixə düşüb.

............................................................
Yanırıq eşq oduna qəlbdə sevda Əlidir,
Nə gərək başqa gözəl çün bizə ziba Əlidir.
Eləməz püç bir əməl hər işinin hikməti var,
Yaradandan verilən “İnsana” məna Əlidir.
Nə zaman hökmü – Xuda ümmətə ağır görünər,
O zaman hökmü edən şövq ilə icra Əlidir.
Qalalar fəth eləyib dildə Xuda zikri ilə
Həmişə dini tutan dəhrdə əhya Əlidir.
Bir olan nuru iki cismdə hökm etdi Xuda,
Buna vaqif olana eynidi Taha Əlidir.
Necə dərk eyləsin acizlər Əlinin kərəmin
O qiyamət günü qismət bölən hətta Əlidir.
Nə olubdursa Qədir – Xumda bilir əhli – vəfa,
Sübutu ayə, hədis: - Höccəti – Yekta Əlidir.
Pak olan abi – həyat çeşməsinə teşnələrə
Həm mənbə, həm mənsəb, həm məcra Əlidir.
Ey Əli aşiqi, düşmənlərə meydan oxu sən,
Bu kifayət eləyər ki, sənə mövla Əlidir.
Bizə düşmən nə edə zərrə tükənməz gücümüz,
Bu tükənməz gücümüz bircə kərə “Ya Əlidir.”
Mən Əli zakiriyəm şamu – səhər dildə budur,
Bəşərə rahi – hüda, elmdə dərya Əlidir.
Bir ömür “Ya Əli mövla” demişəm, səsləmişəm,
Sağ olam ya öləm, hər yerdə təmənna Əlidir.
Hələ gizlində qalan “ Höccət”isə, rəbbimizin
Yer üzündə eləyən düzlüyü bərpa – Əlidir (ə.f).



  • Yazılıb
  • da (də) 2016 Jun 27
  • Göndərən مدير سايت Aran News