Küveyt şahzadəsi, Fövziyə əl-Sabahın şiələrlə bağlı yazdığı məqaləni oxuyanlar heyrətə gəlib.
AranNews, xəbər verir ki, Şahzadə qızın Misirin paytaxtı Qahirədəki dini liderlər üçün hazırlayıb təqdim etdiyi "Qurani-Kərimdə yer alan möminlər şiələrdir" adlı məqaləsi aşağıdakı formadadır:
"Qurani-Kərimdə yer alan möminlər şiələrdir"
1. Şiələrin yəhudilərdən betər olduqlarını və sizin birinci düşməniniz olduğunu deyirsiniz. Etdikləriniz və qəbul etdiyiniz qərarlarda bu çox aydındır.
Bəs Allah-Təalanın "Möminlərə ən böyük düşmənçilik bəsləyənlər yəhudilər" ("Maidə", 82) mənasını daşıyan ayəsinə nə cavab verəcəksiniz? Allah yəhudilərin düşmən olduğunu deyir, siz isə şiələrin düşmən olduğunu deyirsiniz. Bunun nəticəsində siz yəhudilərin yanında sayılırsınız və şiələr də mömin sayılmırmı? Yəhudilərin hər gün təhdid etdiyi və sizin də kafir elan etdiyiniz İran və "Hizbullah" mənsubu olan şəxslər mömin sayılmırmı?
2. Sizə "Şiələrlə niyə düşmənsiniz?", -deyə soruşulanda, "Çünki səhabələri söyürlər" deyirsiniz. Halbuki şiələrin dini alimləri səhabələrə söyməyi qadağan edib. Ancaq siz israrla düşmənçilik bəsləyirsiniz.
Bəs yəhudilər Allaha küfr etmirmi? Qurani-Kərimdə Allahın "Bir də yəhudilər 'Allahın əli bağlıdır' " dedilər. Öz əlləri bağlansın və lənətə gəlsinlər!" (“Maidə”, 64)mənasını daşıyan ayəsinə nə cavab verəcəksiniz? Əgər şiələrin səhabələrə söyməsi təsdiq olunarsa, o zaman sizə görə şiələrin etdiyi yəhudilərin Allaha küfr etməsindən dahamı pisdir?
3. Bəzi iranlı turistlərin Misirə səfər etməsinə qarşı etirazlar edirsiniz. Ancaq yəhudi turistləri xoş qarşılayırsınız. Yəhudilər xalqımızı torpaqlarından qovub işğal etdikləri ərazilərdə qırğınlar həyata keçirmədilərmi? Yəhudilər on minlərlə misirlini qətl etmədilərmi?
"Şiələrin Misirdə irəliləməsi" adı altında etirazlar həyata keçirir və bunu qınayırsınız. Lakin yəhudilərin və sionist Qərb güclərinin İslam dünyasına qarşı törətdiyi cinayətlərə səssiz qalırsınız. Bu necə olur?
4. Niyə Misir xalqının problemləri ilə məşğul olub, o problemləri həll etmirsiniz?
Misir xalqına çətin günlər yaşadan kasıblıq, təhsil, sağlamlıq, təmizlik, nəqliyyat kimi problemlərlə məşğul olmaq əvəzinə, "Şiələrin irəliləməsi"ni dayandırmaq üçün insanlara moizələr verirsiniz. Qulağa həqiqətən gülməli gəlir.
5. Məzhəbi ayrıseçkilik etməyiniz qanunlara zidd deyilmi? Niyə məsələ şiələr olunca konstitusiyanın bir əhəmiyyəti qalmır? "Əhdlərini pozduqları üçün onlara lənət etdik, qəlblərini qatılaşdırdıq" ("Maidə", 13) mənasını daşıyan ayəyə nə cavab verəcəksiniz?
6. Xristianlara qarşı olan münasibətiniz niyə şiələrə qarşı olan münasibətinizdən qat-qat daha yaxşıdır?
Sizin kimi misirli olan və dini fikirlərinizin 90%-də sizinlə eyni olan şiələr sizə xristianlardan dahamı uzaq gəlir? Bir neçə şiənin səhabələri söyməsinə görə bütün şiələrə qarşı düşmənçilik bəsləmək sizin üçün daha yaxşıdırmı? Bu hərəkətlərinizin xristianlara və yəhudilərə qarşı olması lazım deyilmi?
7. Əslində müsəlmanları bir-birindən ayrı salmaq işini kənardakıların (amerikalıların və şionistlərin) etməsi lazım deyilmi? Niyə onların təmsilçiliyini üzərinizə götürübmüş kimi fitnə-fəsad salmağa çalışırsınız?
8. Müsəlmanların birliyini təmin etmək bizə vacib olmadımı? Quranın "Hamınız birlikdə Allahın ipinə sarılın və kədərlənməyin. Parçalanıb ayrılmayın" ("Ali İmran", 103) mənasını daşıyan ayəsinə nə cavab verəcəksiniz?
9. Qurani-Kərim bizə ayrılmağı qadağan etmədimi?
Bunun İslamın varlığına təhdid olduğunu söyləmədimi? "Münaqişəyə girməyin, yoxsa o zaman zəifləyərsiniz və qüvvətiniz əldən gedər" mənasını daşıyan ayəyə nə cavab verəcəksiniz? Misir xalqını belə edərək ayırmadınızmı?
10. Ətraf ölkələrdə baş verən məzhəb münaqişələrindən dolayı ortaya çıxan müharibələri görmürsünüzmü?
Suriya, İraq və Livanda baş verənlər ortadadır. Misirdə dəmi eynisini istəyirsiniz?
11. Allah bizdən ağlımızdan istifadə etməyimizi istəmədimi?
Qurani-Kərimdəki "İman gətirənlərin Allahı zikr etməkdən və enən Haqqa görə ürəklərinin titrəməsinin vaxtı gəlib çatmadımı?" və "Əgər qulaq asıb, ağlımızdan istifadə etmiş olsaydıq, indi o alovlu cəhənnəmin sakinləri arasında olmazdıq" mənasını daşıyan ayələrə nə cavab verəcəksiniz?
Allah bu müddət ərzində sizi sınağa çəkdi və sizdə bu an bu sınağın sonlarındasınız. Misir xalqına İslama və şəriətə nə etdiniz? İslami hökmmü verdiniz? Şəriətmi tətbiq etdiniz? İsraillə olan əlaqələrinizi kəsdiniz, yoxsa onların liderinə "Əziz dostum" deyib ölkələrinin inkişafı və irəliləməsi üçün dua etdiniz?
Amerikanın planlarına etiraz etdinizmi? Vuruşduğunuz İran həyata keçirdiyi inqilabdan sonrakı gün bütün bunları həyata keçirib. Niyə, bilirsinizmi? Bunun cavabını isə sizin düşünməyiniz üçün buraxıram.
Feysəl əl-Qasım adlı mətbuat nümayəndəsinin, "İran, İraq, Suriya, Livan və Yaxın Şərq şiələri birlik içindədirlər. Eyni mərcəiyyətə tabedirlər. İmanları və əqidələri birdir" açıqlamalarını xatırlatmaqda fayda görürəm. Amma şünnilər təkfirçi halına gəliblər. Bir-birilərinə quyular qazmaqla məşğuldurlar. Heç birinin birləşdirici dini lideri yoxdur. Canavar sürüsü kimi birlikdə gəzib bir-birinə düşmənçilik bəsləyirlər. Nədənsə separatçı, gecə-gündüz küfr edən və lənətləyən şiə kanallarını görmürəm. Şiə din adamını digər məzhəbləri və ya dinləri pisləyərkən və ya lənətləyərkən görməmişəm.
Lakin "Əl-Qaidə" və "Nusra Cəbhəsi" kimi terror təşkilatlarının daxilində olan bir çox sünni din xadimi bunu çox açıq şəkildə görür. /İslamazeri.az/