Arannews- ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer 29-30 iyun tarixlərində Ermənistana səfər edəcək.
Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Ştaynmayer iyunun 29-u axşam erməni həmkarı Edvard Nalbandyanla danışıqlar aparacaq, Ermənistan prezidenti Serj Sarqsyanla görüşəcək.
Qeyd olunur ki, nazirin görüşlərində əsas mövzu Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun himayəsi altında nizamlanması məsələsi olacaq.