Teya Tsulukiani: "Mixeil Saakaşvili Gürcüstan sərhədini keçən kimi, həbs olunacaq"
Arannews- Sabiq prezidenti Mixeil Saakaşvili Gürcüstana qayıdan kimi həbs olunacaq. bu barədə Gürcüstanın ədliyyə naziri Teya Tsulukiani deyib.
"Mixeil Saakaşvili Gürcüstan sərhədini keçən kimi, o, həbs olunacaq", - deyə nazir bildirib.
M. Saakaşvili dövlət büdcəsindən 5 mln. dollar məbləğində vəsaiti şəxsi məqsədləri üçün istifadə etməkdə şübhəli bilinir.
Qeyd edək ki, cari ilin may ayında sabiq prezident bildirib ki, Gürcüstana qayıdacaq və aktiv şəkildə siyasi proseslərə qoşulacaq.