Arannews- sionist rejim hərbiçiləri Fələstinin İordan çayının Qərb sahilinin müxtəlif rayonunda 15 fələstinlini həbs ediblər.
Məlumata əsasən, işğalçılar Vifleyem şəhərində 2, Nablus şəhərində 3, əl-Xəlil şəhərində 2, əl-Bira şəhərində 8 fələstinlini naməlum istiqamətə aparıblar.
Fələstin təşkilatları qeyd edir ki, sionist rejiminin işğalçı hakimiyyəti fələstinlilərin müqavimət ruhunu yatırmaq üçün Qərb sahilində repressiyalar və zorakılıq siyasətini gücləndirib.