Arannews- Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Soçidə rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
Bu barədə “Reuters” Türkiyə prezidentinin nümayəndəsinə istinadən xəbər yayıb.
Bundan əvvəl Mövlud Çavuşoğlunun iyulun 1-də Rusiyanın Soçi şəhərində keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) XİN rəhbərləri Şurasının toplantısında iştirak edəcəyi barədə məlumat yayılmışdı.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, hazırda Sergey Lavrovun QDİƏT tədbiri çərçivəsində türkiyəli həmkarı ilə görüşünün mümkünlüyü nəzərdən keçirilir.