Arannews- Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayer Azərbaycana səfəri barədə məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Ştaynmayer Azərbaycana iyunun 30-da səfər edəcək.
Səfər çərçivəsində Frank-Valter Ştaynmayerin xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.