Tarix : 2016 Jun 30
Kod 49470

Rəsmi Ankara, Suriyada siyasətini dəyişir

Dünya mediası Ərdoğanın addımlarını belə şərh etdi.
Ərdoğan Rusiya ilə rabitələri normallaşdırmaq üçün Suriya siyasətlərini dəyişmək qərarına gəldi.
AranNews, yaxin şərq mediyasina istinadən xəbər verir ki, Kreml bu gün (çərşənbə) elan edib ki, Rusiya Türkiyə ilə münasibətləri normallaşdırmaq istəsə də, yaranmış uçurumu aradan qaldırmaq üçün Ankara konkret addımlar atmalıdır.
Kremlin sözçüsü, Dmitri Peskov mətbuat konfransında deyib: Münasibətləri normallaşdırmaq, keçmiş həmkarlıq dövrünə qayıtmaq istəyirik.
Peskov deyib ki, Ərdoğan, Rusiya prezidenti Putinə üzrxahlıq məktubu yazıb, SU-24 təyyarəsinin vurulmasından dolayı üzr istəyib.
Kremlin mətbuat katibi deyib: Prezident Putin açıq şəkildə deyib ki, münasibətləri normallaşdırmaq üçün Türkiyənin atacağı addımlardan biri Suriya probleminin siyasi yolla həllində müsbət rol oynamasıdır.
Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş ümid etdiyini bildirib ki, Ərdoğanın məktubu iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım olacaq.
Hürriyyət qəzeti yazır ki, Türkiyə Suriya böhranının həlli ilə bağlı öz mövqeyini yenidən nəzərdən keçirməyə hazırdır.
Türkiyə baş naziri Əli Yıldırım bazar ertəsi günü qeyd edib ki, qarşıdakı günlərdə Ərdoğan Rusiya prezidenti ilə telefon əlaqəsi saxlayacaq.
Adının çəkilməsini istəməyən Türkiyə rəsmilərdən biri deyib ki, Ərdoğan Putinə çatdıracaq ki, Avropanın Türkiyə və Rusiya haqqında ədalətsizliklərindən sonra Rusiya-Türkiyə münasibətləri sadəcə normallaşmayacaq, Rusiya Türkiyə üçün Avropanın yerini tutacaq.

Dünya mediası Ərdoğanın addımlarını belə şərh etdi: 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2015-ci ilin noybar ayında vurulan "Su-24" təyyarəsində həyatını itirən rus pilot üçün Rusiya dövlət başçısı Vladimir Putinə üzr məktubu yazması beynəlxalq mətbuatda böyük əks-səda doğurub.   
Müxtəlif mətbuat orqanlarında yayımlanan xəbərlərdə "Son bir neçə il ərzində Türkiyəni beynəlxalq təcridə aparan Ərdoğanın üzrü xarici siyasi təzyiqi azaltmağa istiqamətli cəhd" olaraq xarakterizə edilib.   
ABŞ-ın "Washington Post" qəzeti "Bölgədəki ən avtoritar liderlərdən biri son dövrdə çoxalan xarici siyasətdəki problemləri həll etməyə başladı" başlığı ilə xəbər tirajlayıb. 
"The Atlantic" isə Ərdoğanın üzrünün "əhəmiyyətli bir hadisə" olduğunu vurğulayaraq, Türkiyənin təcridi qırmağa çalışdığını yazıb.   
"Ərdoğanın təhqir olunmaqdan daha çox nifrət etdiyi bir şey varsa, o da etdiyi bir şey üçün üzr istəməkdir", deyə bildirən "Foreign Policy" Ərdoğanın konkret addımlarının Yaxın Şərqdə İŞİD təhdidinin artdığı bir dövrdə gəldiyinə diqqət çəkib. 
"Foreign Policy" Ankara ilə Brüssel arasında əlaqələrin zəifləməsi səbəbiylə Türkiyənin beynəlxalq proseslərdən təcrid olunduğunu və bunun da üzr mövzusunda təsirli olduğunu qeyd edib.   
Xarici mətbuatdakı təhlillərdə Rusiyanın Türkiyəyə istiqamətli iqtisadi sanksiyaların Ərdoğanı üzr istəməyə məcbur edən səbəblərdən biri olduğu qeyd olunub. 
"Fox News" "Dağıdıcı təsirə sahib olan sanksiyaların qaldırılması, həm daxildə, həm də xaricdə təzyiq altında qalan Ərdoğan üçün çox əhəmiyyətlidir", deyə bildirib. 
"Financial Times" isə Türkiyə turizm sektorunun 1999-cu ildən bu günə qədər ən ciddi böhranla qarşı-qarşıya olduğunu və Ərdoğanın başqa variantının qalmadığını vurğulayıb.


  • Yazılıb
  • da (də) 2016 Jun 30
  • Göndərən مدير سايت Aran News