Hüseyn Cabiri Ənsari Livanın Baş naziri Tamam Salam, xarici işlər naziri, Cəbrayıl Bassil və Parlamentin Sədri Həbib Berri ilə ayrı-ayrılıqda görüşlər keçirib.
iyunun 28-də Livanın paytaxtı Beyrutda İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri məsələləri üzrə müavini Hüseyn Cabiri Ənsari "Hizbullah" müqavimət hərəkatının rəhbəri Seyid Həsən Nəsrullahla görüşüb.
AranNews-un verdiyi xəbərə görə, 3 saat davam edən görüşdə son zamanlar bölgədə davam edən proseslər müzakirə edilib. Hüseyn Cabiri Ənsarini İranın Beyrutdakı səfiri Məhəmməd Fətəli müşayiət edib.
İyunun 27-də Beyruta gələn Hüseyn Cabiri Ənsari Livanın Baş naziri Tamam Salam, xarici işlər naziri, Cəbrayıl Bassil və Parlamentin Sədri Həbib Berri ilə ayrı-ayrılıqda görüşlər keçirib.
Bu, Hüseyn Cabiri Ənsari İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri məsələləri üzrə müavini kimi Livana ilk səfəri olub.
Xatırladaq ki, iyun ayının əvvəllərində İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Ərəb və Afrika məsələləri üzrə müavin olaraq keçmiş mətbuat katibi Hüseyn Cabiri Ənsarini təyin edib. /qudsonline.ir/