İraq ordusunun və könüllü xalq qüvvələrinin uğurlu əməliyyatlarından sonra Fəlluca şəhərinin mərkəzi terrorçulardan tamamilə təmizlənib.
AranNews, xəbər verir ki, İraqın baş naziri Heydər əl-Abadi Fəllucanın mərkəzinə gələrək şəhərdə araşdırmalar aparıb və əsgərlərlə görüşüb.
İraq əsgərlərinin əməliyyatlar zamanı ələ keçirdiyi İŞİD dəstəkçisi şeyxlərin fotoları mətbuatda yayılmağa başlayıb. Qeyd olunub ki, fotoları yayılan şeyxlər bir vaxtlar İŞİD Fəllucanı işğal edərkən bəzi videogörüntülərdə onlara dəstək verdiyi aşkar olunub. /eastnews.org/