AranNews, yaxin şərq mediaysina istinadən xəbər verir ki, bu həbslər ölkənin sionistlər tərəfindən işğal olunmuş ərazisində baş verib.
Həbs olunanların çoxu ölkənin Qərb sahili və Qəzza bölgəsindəndirlər. Məlumatı Fələstinli məhbusların işləri üzrə mərkəzi yayıb.
Ramazan ayının girdiyi 20 gün ərzində İşğalçı rejim hərbiçiləri öz əməliyyatlarını Fələstin şəhərlərində fəallaşdırıblar, - deyə Al Jazirəyə mərkəzin direktoru Osman Şahin bildirib.
Mərkəzin məlumatına görə, tutulan 330 nəfərdən 60 -ı uşaqlardır, - onların arasında ən az yaşlısı 10 yaşlı Mərvan Şərəbatidir. Bundan əlavə, həbs olunanlar arasında 21 qadın mövcuddur ki, onların da yaş həddi 18-45 arasıdır.
Həbs olunanlardan 13-ü balıqçıdır.
"Bunlar hamısı bizim üçün ağırdı, elə bir ev yoxdur ki, orada reyd olmasın, yaxud, elə bir ailə yoxdur ki, onun şəhidi olmasın"
Təl-Əvivin bazarında baş vermiş hadisədən sonra, sionist rejim Qərb sahilində fələstinlilər üçün müqəddəs Əl-Əqsa məscidinə gəlməsinə icazə verilməsini dayandırıb.
Mübarək Ramazan ayı boyunca onların məsciddə ibadət etməsinə əngəllər törədir.
İşğalçı sionist həbsxanalarında 7000 minə yaxın fələstinli məhbus var, onlardan 70-i qadındır, 414 - uşaqlar var ki, aralarında 16 yaşdan aşağı 104 uşaq mövcuddur. /Maide.Az/