Tarix : 2016 Jun 30
Kod 49476

Iranli tələbə YUNESKO-nun mükafatına namizəddir

Tehran universitetinin tələbəsi, Ehsan Məhəmmədi Məhəllati YUNESKO-nun Tolerantlıq və Sülh ideyalarının yayılmasına görə mükafata layiq görülə bilər.
AranNews, xəbər verir ki, Məhəmmədi Məhəllati dünyada sülh uğrunda mübarizə aparan tanınmış fəaldır ki, o, millətlərin, mədəniyyətlərin və dinlərin dialoqu, həmçinin, dövlətlərarası sıx münasibətlərin saxlanmasınada fəallıq göstərir.
Tələbə Beynəlxalq Mədəniyyət Tədris mərkəzində katib işləyir, eyni zamanda, universitetdə politologiya elminin öyrənir.
Onun fəaliyyəti YUNESKO-nun ekspertlərinin diqqətindən yayınmayıb.
Müsəlman tələbə, Beynəlxalq Uşaq təşkilatının 2 ildən bir keçirtdiyi nüfuzlu mükafata namizədlərin siyahısındadır. /gitionline.ir/

  • Yazılıb
  • da (də) 2016 Jun 30
  • Göndərən مدير سايت Aran News