Tarix : 2016 Jun 30
Kod 49477

Pan Gi Munun səfəri zamanı Fələstin xəritəsi gizlədildi + FOTO

Fələstindəki Beynəlxalq Münasibətlər Şurasının sədri Basim Nəim, Pan Gi Munun Qəzzadakı məktəbə səfəri zamanı Fələstin xəritəsinin üzərinin bağlanılmasını pisləyib.


AranNews
-un verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatı Fələstinli Qaçqınlara Yardım və İş Təşkilatı (UNRWA) BMT baş katibi Pan Gi Munun Qəzzada əz-Zeytun ibtidai məktəbinə ötən gün səhər həyata keçirdiyi səfər zamanı məktəbdə tarixi Fələstin xəritəsinin üzərini örtüb.
UNRWA-nın bu davranışı rəsmilər, aktivistlər və akademiklər tərəfindən tənqid edilib və təşkilatın Fələstin xəritəsini gizlətməsinin Fələstin xalqının hisslərinə istehza etmək olduğu ifadə edilib.



Fələstindəki Beynəlxalq Münasibətlər Şurasının sədri Basim Nəim Pan Gi Munun Qəzzadakı məktəbə səfəri zamanı Fələstin xəritəsinin üzərinin bağlanılmasını pisləyib. 
Basim Nəim məsələ ilə bağlı yaydığı məlumatda UNRWA davranışının BMT rəsmilərinin son ana qədər İsrailin baxışını qəbul etdiklərinin sübutu olduğunu deyib. 
Pan Gi Mun və yanındakıların Fələstin xalqından üzr diləmələrini istəyən Nəim fələstinliləri də rəsmi və mülki səviyyədə bu hərəkəti pisləməyə çağırıb. /shafaqna.com/
  • Yazılıb
  • da (də) 2016 Jun 30
  • Göndərən مدير سايت Aran News