Livan Hizbullahı bu ölkənin şimalındakı terror partlayışlarını bəzi ölkələrin terrorizmi himayəsinin nəticəsi adlandırıb.
AranNews, “Maide.az”-a istinadən xəbər verir ki, Livan Hizbullahı bir bəyanatda Əlqa qəsəbəsindəki terror cinayətini pisləyib və bildirib ki, bu cinayət Yaxın Şərqdə terrorçuluq düşüncəsinin yayılmasının nəticəsidir.
Livan Hizbullahı region və dünyadakı bəzi ölkə və rejimlərin təkfirçi düşüncələri, o cümlədən silah, media və siyasi cəhətdən aşkar və gizli şəkildə himayə etmələrinə toxunaraq, əlavə edib: Təkfirçi düşüncələrin amilləri Livana soxulmaq üçün media və ya siyasi çıxışlar yolu ilə səy göstərirlər.
Bazar ertəsi günü Livanın Əlbəqa məntəqəsinin Əlqa qəsəbəsində baş verən səkkiz partlayışda 48 nəfər ölüb və yaralanıbdır.