Arannews- Türkiyənin Van vilayətinin Edremit rayonunda terrorçular patrul vəzifəsi icra edən polisləri minaatanlardan atəşə tutublar.
insident nəticəsində polisə məxsus nəqliyyat vasitəsinə ziyan dəysə də, insan tələfatı olmayıb.
Hücumun ardından bölgəyə hərbçilər göndərilib. Terrorçuların tutulması üçün bölgədə hava dəstəkli əməliyyat başladılıb.