Tarix : 2016 Jul 01
Kod 49487

Misir Rəfəh Sərhəd Qapısını fələstinlilərin üzünə açdı

Misir rəhbərliyinin sionist rejiminin blokadası ucbatından Qəzza zolağının dünyaya açılan yeganə qapısı sayılan Rəfəh Sərhəd Qapısını iyulun 4-ə qədər hər iki istiqamətli keçidlərə açdığı bildirilib.


AranNews
, xəbər verir ki, Qəzzadakı Daxili İşlər Nazirliyinə bağlı Sərhəd Qapıları İdarə Heyətindən edilən yazılı açıqlamada sərhəd qapısının açılmasından duyulan məmnunluq bildirilərək, "Misir rəhbərliyi bu gün səhər Rəfəh Sərhəd Qapısını cüt istiqamətli olaraq keçidlərə açdı", -deyə qeyd edilib.
Müəyyən fasilələrlə beş günlüyünə açıq saxlanılacağı qeyd olunan sərhəd qapısından tələbələr, xəstələr və xarici pasportu olanların keçidinə icazə veriləcəyi vurğulanıb.
Açıqlamada Qəzzada 4 mini xəstə, 3 mini tələbə olmaqla keçməyi gözləyən 28 min adamın olduğu bildirilib. 
Misir rəhbərliyi, 2013-cü ilin iyulun 3-də olan hərbi çevrilişdən bəri Rəfəh Sərhəd Qapısını demək olar ki, tamamilə qapalı saxlayır. Çevrilişdən sonra örtülən qapı ildə yalnız bir neçə dəfə qısa müddətə açılır.   
Rəfəhdən əlavə. Qəzzada giriş çıxışların edildiyi sionist rejiminin nəzarətindədir.
Bu qapılardan ticari məqsədlə istifadə edilən 4-ü 2007-ci ilin iyununda HƏMAS-ın seçkiləri qazanmasından sonra sionistlər tərəfindən bağlanmışdı. 

  • Yazılıb
  • da (də) 2016 Jul 01
  • Göndərən مدير سايت Aran News