Bəhreyn məhkəməsi 6 şiə müsəlmanına ömürlük həbs cəzası verərək 2-sini 15 il azadlıdan məhrum edib.
AranNews, xəbər verir ki, Hökm oxunan 8 nəfər həm də Bəhreyn vətəndaşlığından çıxarılıb. Onlar terrorçu qruplaşmalara qoşulma, silah, döyüş sursatı və partlayıcı maddələrin alqı-satqısı və İrana casusluqda ittiham olunublar. Bəhreyn İnsan Haqları Mərkəzinin rəsmi statistikasına əsasən, 2012-ci ildən bəri 261 bəhreynli qondarma ittihamlarla vətəndaşlıqdan çıxarılıb.
Bəhreyndə hakimiyyətdə olan Ali-Xəlifə rejimi iyunun 20-də ölkənin nüfuzlu din xadimi Ayətullah Şeyx İsa Qasimi vətəndaşlıqdan çıxarmaqla ölkədə qarışıqlıq yaratmışdı. /PressTV/