Tarix : 2016 Jul 01
Kod 49489

500 əfqan qaçqın Pakistandan Əfqanıstana deportasiya edilib

Pakistanın şimal-qərbin yerləşən sərhəd əyaləti Heybər-Pahtunhvada azı 500 əfqan qaçqın saxlanılaraq ölkədən deportasiya edilib.


AranNews
-un verdiyi xəbərə görə, Əyalətin mətbuat xidmətinin rəhbəri Müştaq Əhməd Qəni deportasiya edilən əfqanların İslamabad hökuməti üçün ciddi təhlükə sayıldığını qeyd edib.
Müştaq Əhməd Qəni, "Biz əfqan qaçqınlara qarşı heç bir aqressiv kampaniya keçirmirik. Son 35 il ərzində onları qonaq qəbul edirdik. İndi isə onların öz ölkələrinə qayıtmaq vaxtıdır", -deyə söyləyib. Adətən əfqan qaçqınlar "Taliban" terrorçularının gizlədilməsində ittiham olunurlar.   
Pakistanın ingilisdilli "Dawn" qəzetinin məlumatına görə, may ayında 2000-dən çox əfqan qaçqın saxlanılıb ki, bunlardan da 400-ü Əfqanıstana deportasiya edilib. /PressTv/
  • Yazılıb
  • da (də) 2016 Jul 01
  • Göndərən مدير سايت Aran News