Tarix : 2016 Jul 01
Kod 49490

Azərbaycanlı qızın videoları xristianları da dilə gətirdi

Rusiyada yaşayan azərbaycanlı Aydan Məmmədova "Youtube"da açdığı "müsəlmanın bloqu" kanalı ilə rus dilli əhali arasında məşhurlaşıb.


AranNews
-un məlumatına görə, Bloqda əsasən Rusiyada müsəlman qızların həyatından bəhs edilir. 
onun açdığı kanalın çox aktiv mövzusu və istiqaməti var. Qız İslam dini haqqında və Rusiyada müsəlman qızların həyatından bəhs edərək müsəlmanlar barəsində yayılan yanlış stereotipləri dağıtmağa çalışır.
Aydan Məmmədovanı "Youtube"da ilk müsəlman rus qızı adlandırırlar. Onun müraciətləri bütün rusdilli auditoriyaya ünvanlanıb.
Ənənəvi azərbaycanlı ailəsində anadan olan Aydan Məmmədova öz müsahibələrində bundan bəhs edib və həttə ayrıca videoçarx da hazırlayıb.
"Mən öz bloqumu islam dininə inanan və onun haqqında mənfi fikirlərə sahib insanların baxması üçün yaratdım. Fikirləşdim ki, mən insanlara 1-ci kanal vasitəsilə müraciət edə bilməsəm də öz bloqum vasitəsilə sözümü çatdıra və daha çox auditoriya toplaya bilərəm", - deyə Aydan saytlardan birinə verdiyi müsahibədə bildirib.
Çox keçmədən "müsəlmanın bloqu" 70 mindən çox izləyici toplaya bilib. Bloqu tez-tez müsəlmanlar, başqa dinin nümayəndələri və həttə Allaha inanmayanlar da izləyir.
"Mən xristianam, lakin onun videolarını izləməyi sevirəm", "Mən ateistəm, ancaq müsəlmanların adət-ənənələri haqqında bilmək mənə çox maraqlıdır", "O, mənin müsəlman qızları haqqında olan fikirlərimi yaxşı mənada dəyişdi", - deyə Aydanın paylaşdığı videoların altında yazılan şərhlərdə deyilir.
Aydan Məmmədova öz kanalında müxtəlif mövzulara - dini bayramlar, hicab, namaz kimi mövzulara toxunur və eləcə də İslamda gözəllik və özünütəkmilləşdirmə ilə bağlı sualları cavablandırır.
Ölkəsindən uzaqda yaşamasına baxmayaraq valideynləri Aydanı milli ruhda böyüdüblər.
"Mən Rusiyada böyümüşəm. Bizim evdə xüsusi atmosfer var. Valideynlərim məni və qardaşımı vətəndən uzaq olmağımıza baxmayaraq milli ruhda böyüdüb. Bizə milli ədəbiyyatımıza məhəbbət tərənnüm edilib", - deyə Aydan daha bir müsahibəsində bildirib.
Gənc qız əmindir ki, onun paylaşdığı videolar sayəsində İslama qarşı münasibət dəyişəcək. /ANSPRESS/
  • Yazılıb
  • da (də) 2016 Jul 01
  • Göndərən مدير سايت Aran News