Eren Erdem: “Ərdoğan hökumətinin İŞİD - ə dəstək verməsini sübut etməsəm şərəfsizəm”.
Türkiyədə hökumət əleyhinə bircə kəlmə söz söyləyən o an həbs olunur. Bəs niyə adı neçə Istintaqda çəkilən, evindən silah-sursat çıxan İŞİD üzvləri bu ölkədə sərbəst gəzib, dolaşır?
AranNews, bildirir ki, bu sözləri Türkiyə parlamentinin deputatı Eren Erdem söyləyib. O əldə etdiyi sənədlərlə Türkiyə hökumətinin İŞİD-ə dəstək verməsini sübut edir.
"İŞİD dünyanın başına bəla olmuş terror təşkilatıdır. Təəsüf ki, Türkiyə də formalaşmaqda olan, hücrə evləri olan və haqqınnda təxminən 14 fərqli yerdə cinayət işi açılmış bir terror təşkilatıdır. Bütün bu təhqiqatlarla da İŞİD-in Türkiyə daxilində həqiqən fomalaşmaqda olduğu öz sübutunu tapmışdır. Bilidiyimiz kimi bir neçə gün öncə Ankara terror hücumunun iddianaməsi yayınlandı.
Həmin iddianaməyə görə birinci şübhəli qəsdən adam öldürmək, konstitutsiyanın dəyişdiriləmsinə cəhd və İŞİD üzvlüyü ittihamları günahlandırılıb. Əlimdə bu göstərdiyim bütün bu sənədlərdə həmin birinci şübhəlinin - İ.B-nın 2011-ci ildən indiyə kimi Türkiyədəki fəaliyyəti əks olunub. Bu şəxsin 2011-ci ildən indiyə kimi 1800 dənə yaraqlı daşıdığı məlum olub.
Bu yaraqlıları 3 və ya 4 qruplara bölərək aparması və aparan zaman telefon danışıqları belə əllərində olmasına baxmayaraq bircə əməliyyat belə keçirilməyib.
Dəqiq bir sübut paylaşım sizinlə: İ. B. telefonda ünvanı söyləyir və ertəsi gün həmin ünvandan yaraqlılar Suriyaya aparılır.
Bəs polis hardadı? Mən bu sənədlər içərisində neçə min ünvan aşkarladım.
Heç birinə basqın edilməyib. Polisin hər şeydən xəbəri var. Adı 3 ayrı cinayət təhqiqatında adı çəkilən adam azadlıqda gəzir. Niyə?
Bu ölkədə hökumət əleyhinə bircə kəlmə söz söyləyən o an həbs olunur. Bəs niyə adı neçə istintaqda çəkilən, evindən silah-sursat çıxan İŞİD üzvləri bu ölkədə sərbəst gəzib, dolaşır?
Biri qalxıb bu rejimin adını mənə söyləsin.
İŞİD-in Türkiyədə jurnalı çap olunur. Yeri məlum, ünvanı məlum, mətbəəsi məlum. Dövlətin bütün bu prossesdən xəbəri var." /İslaminSesi/