Tarix : 2016 Jul 01
Kod 49493

İmam Əlinin(ə) Nəhcül-Bəlağəsini 200 dəfə oxuyan xristian alim

İmam Əlinin fəzilətinə və elmi üstünlüyünə etiraf edən alimlərdən biri də livanlı xristian alim Corc Səman Cordaqdır.
AranNews, xəbər verir ki, İmam Əlinin fəzilətinə və elmi üstünlüyünə etiraf edən alimlərdən biri də livanlı xristian alim Corc Səman Cordaqdır. O 1931-ci ildə dünyay gəlib və 2014-cü ilin noyabrında dünyadan köçüb.
Corc Cordaqın özü deyirdi ki, bir gün konfransların birində müsəlman dostlarından biri ona bir kitab hədiyyə etdi və dedi ki, bu kitab imamlarımızdan birinin yazılarıdır.
Corc deyir ki, ondan soruşdum ki, bu kitab hansı zamana aiddir? Müsəlman dostu dedi ki, 1400 il bundan öncə yazılmışdır. 
Corc öz-özünə dedi ki, 1400 il bundan öncəki mətləblər mənim hansı dərdimə dəyər?! Amma xətir-hörmət naminə və gülərüzlə bu hədiyyəni qəbul etdi və evə apardı. Bir gün hövsələsiz Nəhcül-Bəlağə kitabını vərəqlədi, gözucu kitabın mətləblərinə baxırdı. Birdən bir məsələ oxuyur ki, diqqətini cəlb edir. Orada qeyd edilmişdi ki, aləmin bütün kainat və varlıqlarının ilkin maddəsi sudandır. Corc buna əhəmiyyət vermədi, kitabı kənara qoydu və daha onun üzünü açmadı.
O vaxta qədər ki, bir il sonra bir beynəlxalq konfransda iştirak etdi. Orada alimlər öz yeni elmi kəşfləri barədə danışırdılar. Alimlərdən biri öz elmi məqaləsində belə bir nöqtəyə işarə etdi ki, elmi tədqiqatlar bunu göstərir ki, bütün varlıqları formalaşdıran maddə sudur. Corc Cordaq bu mətləbi eşitcək yadına Nəhcül-Bəlağədəki həmin cümlə düşür. Sonra dərhal o kitabın arxasınca yollanır və həmin mətləbi oxumağa başlayır. O həm də təəssüf edirdi ki, bu kitabın əhəmiyyətindən nə qədər qəflətdə olmuşdu. O, hər dəfə bu kitabı oxuyanda yeni məsələlər, üfüqlər və məlumatlarla qarşılaşırdı. Beləcə, Corc Cordaq ömrünün sonuna qədər Nəhcül-Bəlağəni 200 dəfə oxumağa müvəffəq oldu.
Xristian Corc Cordaqın kitabının arxasında belə yazılmışdır:
Ey Əli, əgər desəm ki, sən Məsihdən ucasan, bunu dinim qəbul etməz!
Əgər desəm ki, o səndən ucadır, onda da vicdanım qəbul etməyəcəkdir. 
Deyə bilmərəm ki, sən Allahsan. 
Elə isə sən bizə de, ya Əli, sən kimsən?!
Onun həzrət Əli barədə yazdığı 5 cildli kitabı “Soutul-Ədalətil-İnsaniyyə” İnsan Ədalətinin Sədası adlanır.
Bir dəfə o telekanalların birinə verdiyi müsahibədə deyib:
“Körfəz ölkələrinə və Misirə səfərim zamanı hey məndən Ömər bin Xəttab və digərləri haqda yazmağı istəyirdilər. Amma mən qəbul etmədim. Buna görə yox ki, Ömər bin Xəttab və digərlərini pis bilirdim. Bu ona görə idi ki Əlidən sonra başqa bir şəxs haqda yazmağı layiq görmədim. Qərar qəbul etdim ki Əlidən qeyri haqda yazmayam. Əlinin inqilabı insanın, mədəniyyətin və fikrin inqilabıdır. Əlinin zamanında fasiqlik, qətl, insan qaçaqçılığı və quldarlıq və ölüm bir tərəfdən digər tərəfdən isə din, rəhmət ədalət, insaniyyət, azadlıq cəbhəsi arasında böyük fasilələr var idi. Mənin vəzifəm bu oldu ki, Əlinin cəbhəsi barədə ki ən xalis cəbhədir yazım və tədqiqat aparım. Bu cəbhə yolumu mənə göstərdi və onu işıqlandırdı." /İslaminSesi/

  • Yazılıb
  • da (də) 2016 Jul 01
  • Göndərən مدير سايت Aran News