Azərbaycanli politoloq: “Avropanın, ABŞ-ın Dağlıq Qarabağla bağlı mövqeyi Rusiyanın mövqeyi ilə eynidir”.
AranNews, xəbər verir ki, ATƏT sədri Almaniya XİN rəhbəri ilk olaraq Ermənistana səfər edib. Səfər çərçivəsində ATƏT sədri qondarma Dağlıq Qarabağ respublikasının rəsmiləri ilə də görüşüb. Bu ölkə ictimaiyyətində çox ciddi hiddət yaradıb. Bunu Dağlıq Qarabağın erməni icması ilə görüş adlandırmaq istəsələr də görüntü tam fərqli bir məsələdən xəbər verir. Ekspertlərin fikrincə ATƏT sədrinin bu addımı yolverilməz bir addım idi.
Mövzu ilə bağlı politoloq Zərdüşt Əlizadə fikirlərini bölüşərkən deyib ki, 1988-ci ildə erməni faşistləri azərbaycanlıları qıranda onlara demokart dedilər: “Avropanın, ABŞ-ın Dağlıq Qarabağla bağlı mövqeyi Rusiyanın mövqeyi ilə eynidir.
Tarixən bu qüvvələr müsəlaman şərqində erməni amilindən istifadə edib milli, iqtisadi, geosiyasi bağlarını təmin ediblər. Erməni xalqı da bu məsələlərdə bir alət rolunu oynayıb. Bunlar həmişə belə münasibətlər sərgiləyiblər. 1988-ci ildə erməni faşistləri azərbaycanlıları qıranda onlara demokart dedilər. Bütün bu yanaşmalar bir oyundur. Azərbaycan hökumətinin bacarıqsızlığı, laqeyidliyi, işləməmәsi səbəbindən dünya birliyi azərbaycanlıları saymır.
Azərbaycanı Dağlıq Qarabağın mütləq hakimi saymırlar. Qərb çox gözəl anlayır ki, rusiya Dağlıq Qarabağı nə Azərbaycana, nə də Ermənistana vermək istəmir. Bu vasitə ilə Rysiya hər iki ölkəni öz təsir dairəsində saxlamağa davam edir. Bu baxımdan Dağlıq Qarabağ oyununda Farnsa da, ABŞ-da, Rusiya da, Avropa Birliyi də iştirak edir. Avropadan ədalət, hüquqlara hörmət ummaq sadəlövhlükdür”. /Deyerler.org/