Tarix : 2016 Jul 02
Kod 49498

Rövşən Novruzoğlu: "Qüds Günü zülmlə mübarizə və ədalətsevərlik günüdür"

Azərbaycanlı ekspert: "Müsəlmanlar cinayətkar sionist rejiminin işğal etdiyi Fələstinin azadlığı üçün birləşməlidirlər".
Arannews- Azərbaycan Respublikasında siyasi ekspert Rövşən Novruzoğlu deyib: Müsəlmanların ilk qibləsi Qüds sionistlər tərəfindən işğal olunub. Bu islam diyarı heç kimə bağışlana bilməz. Bütün ölkələr, xüsusilə islam ölkələri işğal olunmuş Fələstinin azadlığı üçün birləşməlidir.
Rövşən Novruzoğlu Mübarək Ramazan ayının son cüməsinin Ümumdünya Qüds Günü adlandırmasına görə Həzrət İmam Xomeyninin (rə) dəyərli təşəbbüsünə toxunub və deyib: Qüds günü məzlumların günü və azadlıqsevərliyin simvoludur. Qüds Günü zülm və sitəmlə mübarizə və ədalətsevərlik günüdür. Bu gün məzlum müsəlmanların acı tarixi və onların sionistlər qarşısında müqavimətini xatırladır. Müsəlmanlar cinayətkar sionist rejiminin işğal etdiyi Fələstinin azadlığı üçün birləşməlidirlər.
Rövşən Novruzoğlu deyib: İslam ümməti məzlum fələstinlilərin kömək imdadına cavab verməli və öz ilk qibləsini şeytan və sionist rejiminin caynağından xilas etməlidir. Qüds Şərif azad olunmadığı və islam ümməti arasında həqiqi birlik yaranmadığı zamana qədər düşmənlərin islam məmləkətlərində işğal siyasəti davam edəcək.
Rövşən Novruzoğlu Azərbaycan xalqının da məzlum Fələstin xalqı ilə müştərək dərdinin olduğunu bəyan edərək deyib: Biz zülm çəkən Fələstin xalqının müsibətlərini dərk edirik. Çünki biz də işğalla üzləşmişik.


  • Yazılıb
  • da (də) 2016 Jul 02
  • Göndərən مدير سايت Aran News