Tarix : 2016 Jul 02
Kod 49499

Bakıda Ümumdünya Quds günü münasibətilə toplantı keçirilib

Fələstinin Azərbaycandakı səfiri bu toplantıda sionist rejimin işğal olunmuş Fələstin ərazilərindəki neçəillik cinayətlərinin bir hissəni şərh edib və Fələstin xalqının bu islami ərazilərin tam azadlığı üzrə əzmkarlığını vurğulayıb.
Arannews- Ümumdünya Quds günü münasibətilə şiə və sünni din xadimləri və bir qrup Azərbaycan Respublikası mütəfəkkirinin iştirakı ilə dünən gecə Bakıda toplantı keçirilib.
bu toplantıda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allaşükür Paşazadə Ümumdünya Quds gününü əziz tutaraq, deyib: Həzrət İmam Xomeyni(r.ə)-in göstərişilə Ümumdünya Quds günü İslam günüdür və müsəlmanlar İslamın və islami ərazilərin müdafiəsində bir-birilərilə müttəfiq olmalıdırlar.
O, Türkiyədəki son terror olayını pisləyərək, söyləyib: Bəziləri İslamdan kobud bir sima göstərmək ardıncadır. Onlar bilmirlər ki, İslam mehribanlıq, məhəbbət, dostluq və qardaşlıq dinidir.
Vəliyye Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi höccətulislam vəlmuslimin Ocaqnejad da bu toplantıda Quds gününə toxunaraq, müsəlmanların İslam düşmənləri qarşısındakı birliyi vacibliyini vurğulayıb və sonra Türkiyədəki son terror olayını pisləyərək, deyib: İslam düşmənləri ümumi fikri Fələstin məsələsindən yayındırmaq istəyirlər, halbuki dünyanın hər bir yerində olurlarsa-olsunlar, bütün müsəlmanlar bir-biriləri üçün əzizdirlər və onların şəhidləri bütün müsəlmanların şəhidləridirlər.
O, Quran ayələri və islami rəvayətlərə istinadla xeyirxah və islami əxlaqı, problemlərin yaranmasına mane olan məsələ adlandırıb və deyib: İŞİD qrupunu yaradanlar və onu dəstəkləyənlər islami əxlaqdan uzaqdırlar.
Fələstinin Azərbaycan Respublikasındakı səfiri Nasir Əbdünnasir də bu toplantıda sionist rejimin işğal olunmuş Fələstin ərazilərindəki neçəillik cinayətlərinin bir hissəni şərh edib və Fələstin xalqının bu islami ərazilərin tam azadlığı üzrə əzmkarlığını vurğulayıb.
Bu toplantı Azərbaycan Respublikasının bir qrup dini şəxsiyyətinin çıxışı ilə başa çatıb.
Düşmənlərin fitnələri qarşısında sayıqlıq və birliyin qorunmasına təkid, bu konfransda çıxış edənlərin əsas mehvəri olub.


  • Yazılıb
  • da (də) 2016 Jul 02
  • Göndərən مدير سايت Aran News