İştirakçilar Qüds gününün önəmindən, İslam ümmətinin vəhdətindən, İslam düşmənlərinin hədəflərindən söz açıblar.
Arannews- “Milli Mənəvi Dəyərlər” İctimai Birliyi Beynəlxalq Qüds günü münasibətilə dəyirmi masa təşkil edib.
tədbir Quran tilavətilə başlayıb. Quran tilavətindən sonra aparıcısı Hikmət Cəfəri Qüds günü haqqında qısa məlumat verib, MMDB-nin bəyanatını oxuyub.
tədbirdə ilahiyyatçı Seyid Şəhadət Heydərov , Hacı Araz və Hacı Tale Abbasov çıxış ediblər.
Onlar Qüds gününün önəmindən, İslam ümmətinin vəhdətindən, İslam düşmənlərinin hədəflərindən söz açıblar.
Daha sonra Hikmət Cəfəri Qüds günü və İmam Məhdinin zühurundan bəhs edən şeirlər səsləndirib. Sonda tədbir iştirakçılarına iftar verilib.