Tarix : 2016 Jul 02
Kod 49501

"Erməni soyqırımı"nı inkar edənlərə həbs və cərimə

"erməni soyqırımı"nı tanımayanları bir il müddətinə azadlıqdan məhrumetmə cəzası və 45 min avro cərimə gözləyir.
Arannews- Fransa parlamenti  "erməni soyqırımı"nı inkar edənlərə qarşı cəza nəzərdə tutan yeni qanun layihəsini bəyənib.
Fransa parlamentinin aşağı palatası hökümətin təqdim etdiyi  "Bərabərlik və vətəndaşlıq" qanun layihəsinə düzəlişi qəbul edib.
Düzəlişə görə, "erməni soyqırımı" faktının inkar edənlərə cəza tətbiq ediləcək. Qanun layihəsində xüsusi qeyd olunur ki, "erməni soyqırımı"nı tanımayanları bir il müddətinə azadlıqdan məhrumetmə cəzası və 45 min avro cərimə gözləyir. Qanun layihəsi baxılmaq üçün Senata təqdim ediləcək. 
Bu ilin yanvarında Fransa prezidenti Fransua Olland Avropa İnsan Haqları Məhkəməsinin keçmiş sədri Jan-Pol Kostaya "erməni soyqırımı"nı inkar edənlərə qarşı cəza nəzərdə tutan yeni qanun layihəsini işləməyi tapşırıb.
Fransanın erməni təşkilatlarının Koordinasiya Şurasıyla keçirdiyi ənənəvi illik görüşün gedişatında Olland bu barədə ən tanınmış hüquqşünasa Jan-Pol Kostaya tapşırıq verdiyini qeyd edib. Prezident "erməni soyqırımı"nın inkarı üçün cəza nəzərdə tutan yeni qanun layihəsinin ölkənin qanunverici sistemində ləyaqətli yeri tutacağına ümüd etdiyini bildirib.


  • Yazılıb
  • da (də) 2016 Jul 02
  • Göndərən مدير سايت Aran News