Bu bəyanatda hələ də davam edən Qüdsün saxta sionist rejim tərəfindən işğalının tarixinə işarə olunub və belə deyilir:...
Arannews- Azərbaycan İslam Partiyasının Beynəlxalq Qüds Günü ilə bağlı zülmə qarşı etiraz bəyanatı yayılıb.bəyanatın bir hissəsində deyilir: Qüds dünyanın müqəddəs məkanı, müsəlmanların ilk qibləsidir. Allah-təala tərəfindən bu məkana xüsusi diqqət və inayət vardır. Bu müqəddəs şəhərdə yerləşən Məscidul-Əqsa bir neçə peyğəmbərin yaşadığı torpaq, vəhylər mərkəzidir.
Bu bəyanatda hələ də davam edən Qüdsün saxta sionist rejim tərəfindən işğalının tarixinə işarə olunub və belə deyilir: Həzrət İmam Xomeyni(r.ə.) Beynəlxalq Qüds gününün təyin edilməsinə və bu günün hər ilin mübarək Ramazan ayının son cümə günündə geniş ictimai-siyasi-mənəvi aspektdə qeyd edilməsinə nail oldu. Bu mütərəqqi ideyanı dünya müsəlmanları ilə yanaşı tərəqqipərvər, sülhpərvər bəşəriyyət bəyəndi, qəbul etdi.
Bəyanatın digər bir hissəsində İslamın Əziz Peyğəmbəri(s.ə.s)-dən bir hədisə işarə edilərək, deyilir: Hər kəs bir insanın, mənim fəryadıma çatın, dediyini eşitsə və ona cavab verməsə, müsəlman deyil. Bu bir insani vəzifədir ki, fitrətdən qaynaqlanmalıdır. Bəynatın sonunda deyilir: Bəyan edirik ki, bu zülmdən qurtarmağın bir yolu varsa tərəqqipərvər bəşəriyyətin zülmə, hər növ istismara qarşı birlikdə və birləşərək mübarizə aparmaqdır. Bu yol Qüdsdən, Qarabağdan, İraq,Əfqanıstan və Suriyadan keçir, davamı Yəməndə, Bəhreyndə və dünyanın istismarçı sinifləri ilə əməkdaşlıq edən digər bölgələrdədir.
Bu yolda biz dünyanın sülhsevər xalqlarını, milliyətindən, rəngindən, dinindən və irqindən asılı olmayaraq bütün insanları zülmə, qəsbkarlığa, hər növ işğala qarşı mübarizəyə çağırırıq.