Tarix : 2016 Jul 02
Kod 49504

Seyid Həsən Nəsrullah: "sionist rejimi məhv edilməlidir"

Livan Hizbullahı baş katibi: "Qəsbkar sionist rejim məhv edilməli, haqq onun əsl sahibi olan fələstinlilərə qaytarılmalı və heç bir kəs bu rejimə təslim olmamalıdır".

Arannews- Livan Hizbullahı baş katibi deyib: Ümumdünya Qüds gününün elan olunmasında məqsəd, Qüdsün xatirəsini yaşatmaq və müsəlmanların Qüdsə olan öhdəliklərinin unudulmasının qarşısını almaqdır.

Livan Hizbullahı baş katibi Seyid Həsən Nəsrullah Ümumdünya Qüds günü ilə bağlı çıxışında vurğulayıb ki, Ümumdünya Qüds günü tarixin yazılması və sionist rejimin kökünün kəsilməsidir. O, deyib: Həzrət İmam Xomeyni(r.ə.) hər ilin mübarək ramazan ayının sonuncu cüməsini Ümumdünya Qüds günü adlandırdı ki, Fələstin məsələsi daim yaşasın və xalq onu unutmasın.
Livanın Əlminar telekanalı vasitəsilə çıxış edən Seyid Həsən Nəsrullah əlavə edib: Fələstin Aralıq dənizindən İordan çayınadək onun qanuni əhalisinin əlindən alınmış və işğal olunmuş bir diyardır və zamanın dəyişdirilməsi işğalçı sionist rejim üçün heç bir legitimlik yaratmır.
Livan Hizbullahı baş katibi vurğulayıb: Qəsbkar sionist rejim məhv edilməli, haqq onun əsl sahibi olan fələstinlilərə qaytarılmalı və heç bir kəs bu rejimə təslim olmamalıdır.
Seyid Həsən Nəsrullah sionist rejimlə hər cür saziş ilə müxalifət edərək, deyib: Fələstin xalqı və region xalqlarının qarşısında duran yeganə yol budur ki, sionist rejim qarşısında müqavimət göstərsinlər.
Livan Hizbullahı baş katibi bəzi region ölkələrini tənqid edərək, belə qeyd edib: Bu ölkələr işğalçı sionist rejimi rəsmi şəkildə tanıyırlar və hətta müqavimətə qarşı bu rejimlə əlbir olublar.
Seyid Həsən Nəsrullah vurğulayıb ki, sionist rejimini rəsmən tanımaq heç bir formada yolveriləsi deyil.
Livan Hizbullahı baş katibi sonra deyib: Suriya, Yəmən, Bəhreyn və Liviya kimi ölkələrdəki Amerika və sionist rejim amilləri müharibənin davam etməsi amilidirlər və siyasi həll yoluna nail olmanın qarşısını alırlar.
Livan Hizbullahı baş katibi həmçinin terrorçuların işğal olunmuş Fələstində keçirilən son konfransdakı iştiraklarının sionist rejimin Suriyada savaşın davam etməsindəki rolunu göstərdiyini qeyd edib.

  • Yazılıb
  • da (də) 2016 Jul 02
  • Göndərən مدير سايت Aran News