Tarix : 2016 Jul 02
Kod 49506

Sionisti rejim minlər fələstinlini hərbi mühasirəyə alıb

sionist hərbçilər Qüds intifazəsini dayandırmaq hədəfilə fələstinlilərə qarşı təzyiqləri şiddətləndirmək üçün bu dəfə onlardan bir çoxunu hərbi mühasirəyə alıbdır ki, bu mühasirə son illərdə misilsiz olubdur.

Arannews- Sionist rejim Qüds intifazəsini məğlub etmək üçün qərb sahlinin cənubundakı Əlxəlil şəhərində 700 min fələstinlini hərbi mühasirəyə alıb.
sionist hərbçilər Qüds intifazəsini dayandırmaq hədəfilə fələstinlilərə qarşı təzyiqləri şiddətləndirmək üçün bu dəfə onlardan bir çoxunu hərbi mühasirəyə alıbdır ki, bu mühasirə son illərdə misilsiz olubdur.
Bu mühasirə bir qrup fələstinli mübarizin Əlxəlilin cənubunda sionist qəsəbə sakinlərinə qarşı müqavimət əməliyyatının ardınca həyata keçirilib. Həmin əməliyyatda bir sionist öldürülübdür.
Belə bir halda, 2015-ci ilin oktyabrından, yəni Qüds intifazəsinin başlanmasından bəri sionistlər təqribən 230 fələstinlini müxtəlif bəhanələrlə şəhid ediblər.
Müxtəlif fələstinli məntəqələri 2015-ci ilin oktyabrından fələstinlilərin sionist rejimin təcavüzkar siyasəti, Qüdsün mahiyyətini təhrif etmə fitnəsi və Məsciduləqsa-nın zaman və məkan cəhətdən bölünməsi planına qarşı geniş etirazlarının şahididirlər.



  • Yazılıb
  • da (də) 2016 Jul 02
  • Göndərən مدير سايت Aran News