Tarix : 2016 Jul 02
Kod 49507

İordaniya hökuməti minlər Suriyalı uşağı acınacaqlı vəziyyətə salıb

İordaniya Suriyalı qaçqınların düşərgəsinə su,yemək və dərman göndərməyi dayandırmağa qərar verib.

Arannews- İordaniya hökuməti bu ölkənin şimalında Suriyalı qaçqınların düşərgəsinə  su, ərzaq və dərmanların çatdırılmasını qadağan edib,  bu səbəbdən 30 mindən çox  Suriyalı uşaq aclıq təhlükəsi ilə üzləşib.
İordaniya Suriyalı  qaçqınların düşərgəsinə  su,yemək və dərman göndərməyi dayandırmağa qərar verib.  Bu qərar  bu düşərgədə yaşayan əksəriyyəti  qadınlar və uşaqlar olan 70 min  Suriyalı qaçqının vəziyyətini ağırlaşdırıb. 
İsti yay günlərində  susuzluq, ərzaq  və dərman çatışmamazlığı  Suriya qaçqınlarının vəziyyətini daha da ağırlaşdırıb. Belə ki, qaçqınlar  düşərgədə olan ağır duruma dözə bilməyir  və hətta öz ölkələrinə qayıtmağa üstünlük verirlər. 
Sərhədsiz Həkimlər Təşkilatı bu düşərgədəki durumu beynəlxalq ictimaiyyət üçün böyük məğlubiyyət adlandırıb və bu düşərgədə  aclıq durumunun getdikcə artdığını bildirib.
Düşərgədə beş yaşından aşağı 1300 uşaq var ki, onların 204-ü  Xroniki qida pozğunluğundan əziyyət çəkir.  Düşərgədə olan uşaqların 25 faizi  ishaldan əziyyət çəkir.  
BMT-nin  statistikasına görə,  hazırda 650 min  Suriyalı qaçqın İordaniyada yaşayır.  
Suriyada beş ildir ki, davam edən  müharibələrdə  400 mindən çox insan həyatını itirib. Ölkənin 23 milyonluq əhalisinin yarısı  evindən-eşiyindən didərgin düşüb.


  • Yazılıb
  • da (də) 2016 Jul 02
  • Göndərən مدير سايت Aran News